Mayın 10-da Bakıda ANEA 2025 BAKU - Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresinin açılış mərasimi olub.
“İki sahil” xəbər verir ki, konqresin əsas məqsədi neyrocərrahiyyə sahəsində beynəlxalq standartlara uyğun müalicə metodlarını müzakirə etmək, innovativ texnologiyaları tətbiq etmək və Azərbaycanda bu sahənin inkişafına töhfə verməkdir.
Dövlət Himni səsləndirildikdən sonra konqres işə başlayıb.
Konqresdə Azərbaycan Neyrocərrahlar Assosiasiyasının (ANEA) sədri Rövşən Xəlilzadə, TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, konqresin Təşkilat komitəsinin sədri Tural Rəhimli və Böyük Britaniyadan gəlmiş fəxri qonaqlar - həkim Andreas Demetriadis və Henri Marş çıxış ediblər.
Konqres panel iclasları ilə öz işini davam etdirib.