EN

Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşdırılmasında əvəzsiz rol oynayıb - Tahir Budaqov

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasınınformalaşdırılmasında əvəzsiz rol oynayıb.

Trend xəbərverir ki, bunu bu gün Yeni Azərbaycan Partiyası (YAP) sədrininmüavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ümummilli LiderHeydər Əliyevin 102 illiyi ilə bağlı Fəxri xiyabanı ziyarət edərkənjurnalistlərə açıqlamasında deyib.

"Hər il olduğu kimi, bu il də Ulu Öndər Heydər Əliyevin əzizxatirəsini ehtiramla yad edirik. Tarixə nəzər saldıqda bir dahaşahid oluruq ki, Heydər Əliyev Azərbaycan üçün misilsiz xidmətlərgöstərib və dövlətçiliyimizin möhkəm təməlini qoyub.

Bu gün Azərbaycanın təkcə Qafqaz regionunda deyil, Avrasiyaməkanında da mühüm mövqe qazanması məhz onun uzaqgörən siyasətininnəticəsidir.

Ulu Öndər sovet dövründə respublikaya rəhbərlik etdiyi zamanmilli-mənəvi dəyərlərin qorunmasına, ana dilimizin Konstitusiyadaəks olunmasına və mədəniyyətimizin inkişafına xüsusi diqqətyetirib. Bu amillər sonrakı mərhələdə Azərbaycanın müstəqilliyiüçün möhkəm zəmin yaradıb. Heydər Əliyev azərbaycançılıqideologiyasının formalaşdırılmasında əvəzsiz rol oynayıb.

Müstəqilliyin ilk illərində ölkəmizi iqtisadi tənəzzüldənçıxarıb, inkişaf yoluna yönəldib, güclü ordu quruculuğuna startverib və böyük Zəfər yolunun bünövrəsini qoyub”,- deyə o əlavəedib.

Qeyd edək ki, bu gün Azərbaycanın Ümummilli Lideri HeydərƏliyevin anadan olmasının 102-ci ildönümüdür.

Chosen
0
3
az.trend.az

5Sources