AZ

Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşdırılmasında əvəzsiz rol oynayıb - Tahir Budaqov

Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşdırılmasında əvəzsiz rol oynayıb.

Day.Az xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ümummilli Lider Heydər Əliyevin 102 illiyi ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

"Hər il olduğu kimi, bu il də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirik. Tarixə nəzər saldıqda bir daha şahid oluruq ki, Heydər Əliyev Azərbaycan üçün misilsiz xidmətlər göstərib və dövlətçiliyimizin möhkəm təməlini qoyub.

Bu gün Azərbaycanın təkcə Qafqaz regionunda deyil, Avrasiya məkanında da mühüm mövqe qazanması məhz onun uzaqgörən siyasətinin nəticəsidir.

Ulu Öndər sovet dövründə respublikaya rəhbərlik etdiyi zaman milli-mənəvi dəyərlərin qorunmasına, ana dilimizin Konstitusiyada əks olunmasına və mədəniyyətimizin inkişafına xüsusi diqqət yetirib. Bu amillər sonrakı mərhələdə Azərbaycanın müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşdırılmasında əvəzsiz rol oynayıb.

Müstəqilliyin ilk illərində ölkəmizi iqtisadi tənəzzüldən çıxarıb, inkişaf yoluna yönəldib, güclü ordu quruculuğuna start verib və böyük Zəfər yolunun bünövrəsini qoyub",- deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.

Seçilən
0
3
day.az

5Mənbələr