EN

Səməd Seyidov: "Azərbaycan hər zaman haqq-ədalətin yanında olacaq"

"Pakistan bizim yaxın dostumuzdur, hər zaman bizim yanımızda olub. Bizim bu münasibətlərimiz getdikcə daha da möhkəmlənəcək və davam etdiriləcək".

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin üzvü, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, Azərbaycan Pakistan və Hindistanda baş verənlərlə bağlı mövqeyini dəfələrlə açıq şəkildə ifadə edib:

"Həm Azərbaycanın Xarici İşlər Nazirliyi və millət vəkilləri mövqelərini dəfələrlə bildiriblər. Hesab edirik ki, Pakistan bizim yaxın dostumuzdur, hər zaman bizim yanımızda olub. Bu münasibətlər daha da möhkəmlənəcək və davam etdiriləcək. Azərbaycan hər zaman Pakistanın yanında olacaq".

Aygün Hüseyn, Sadiq Məmmədov, Bizim.Media

Chosen
0
6
bizim.media

7Sources