EN

Premyer Liqa: “Zirə” və “Neftçi” səfər oyununa çıxır

Azərbaycan Premyer Liqasının 34-cü turunda bu gün daha iki oyun keçiriləcək.

Msport.az xəbər verir ki, əvvəlcə “Səbail” evdə “Zirə” ilə qarşılaşacaq.

“ASCO Arena”da baş tutacaq görüş saat 17:00-da start götürəcək. “Səbail” hazırda 22 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsindədir. Mövsümü ikinci pillədə bitirəcəyi dəqiqləşən “Zirə”nin isə 67 xalı var.

Günün son matçı Tovuzda baş tutacaq. “Turan Tovuz” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Tovuz təmsilçisi hazırda 49 xalla dördüncü yerdədir. 37 xala malik “Neftçi” isə beşincidir.

 

Azərbaycan Premyer Liqası

XXXIV tur

10 may

 

17:00. “Səbail” – “Zirə”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov

VAR: Kamal Umudl

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Azər Əsgərov

“ASCO Arena”

 

19:30. “Turan Tovuz” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov

VAR: Nicat İsmayıllı

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Tovuz şəhər stadionu

 

Qeyd edək ki, turun ötən gün baş tutan “Sabah” – “Şamaxı” matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

Chosen
0
9
msport.az

10Sources