EN

YAP sədrinin müavini: "Böyük Zəfərin əsasını Heydər Əliyev qoydu"

BAKI, 10 may. TELEQRAF

Ulu öndər Heydər Əliyevin apardığı Ordu quruculuğu işi həm də Böyük Zəfərin əsasının qoyulması idi.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini Tahir Budaqov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qafqaz regionunda söz sahibi olmasının səbəbi Heydər Əliyevdir: "Azərbaycan ən çətin dönəmində bir dövlət kimi qala bilməsində Ulu Öndərin misilsiz xidmətlərinə borcludur. Bunun nəticəsində Azərbaycanın Avrasiya regionunda nüfuz sahibinə çevrilib".

YAP sədrinin müavini bildirib ki, Heydər Əliyev sovet dövründə belə milli-mənəvi dəyərlərimizin vəAzərbaycançılıq ideologiyasının yaşadılmasında misilsiz rol oynayıb:

"Heydər Əliyev xalqın arzusunu, tələbini yerinə yetirdi, həyatını təhlükəyə atdı, ölkəmizi separatizimdən xilas etdi, ordu quruculuğunun əsasını qoydu. Onun siyasi varisi İlham Əliyev Ulu öndərin başa çatdıra bilmədiyi işləri gördü, torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin nüfuzunu gücləndirdi".

Chosen
0
50
teleqraf.com

10Sources