AZ

“Azərbaycanın bu gün regionda söz sahibi olması Heydər Əliyevin adı ilə bağlıdır” - Tahir Budaqov

"Hər il olduğu kimi, bu il də Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edirik. Tarixə nəzər saldıqda Heydər Əliyevin ölkəmiz, dövlətimiz və millətimiz üçün etdiyi əvəzsiz işləri görürük. Azərbaycanın müstəqilliyi, bu gün regionda söz sahibi olması məhz onun adı ilə bağlıdır".

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası ( YAP) sədrinin müavini Tahir Budaqov deyib.
 

O qeyd edib ki, Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün mühüm addımlar atıb.


"Ümummilli Liderin Azərbaycan mədəniyyətinin inkişaf etməsi, Sovet dövründə öz milliliyini qoruyub saxlaması, milli-mənəvi dəyərlərimizin yaşadılmasında misilsiz bir rolu olub".

Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr