Kriştiano Ronaldonun "Əl-Nəsr"dəki gələcək taleyi sual altındadır.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, 40 yaşlı hücumçunun davranışları klub rəhbərliyinin onunla bağlı fikirlərində tərəddüd yaradıb.
"Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunda "Əl-İttihad"a uduzduğu (2:3) matçdan sonrakı hərəkətləri klub rəhbərliyinin xoşuna gəlməyib. Oyundan dərhal sonra portuqaliyalı futbolçu soyunub-geyinmə otağna getməyib və hirsli jestlər edərək stadionu tərk edib.
Mənbənin məlumatın görə, "Əl-Nəsr"lə Ronaldo əvvəlcə müqavilənin müddətini iki il uzatmaq barədə razılığa gəliblər, lakin hazırda vəziyyət dəyişib.
Qeyd edək ki, 2023-cü ildən "Əl-Nəsr"də çıxış edəm Ronaldonun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.