EN

“Neftçi Futbol Klubu”nun zərəri dəfələrlə azalıb - HESABAT

"Neftçi Peşəkar Futbol Klubu" MMC 2024-cü il üzrə maliyyə hesabatını açqılayıb.

FED.az klubun yeni açıqlanan hesabatına istinadən xəbər verir ki, ötən il yenə zərər edib,lakin illi müqayisədə zərəri dəfələrlə azalıb, il ərzində sponsorların dəstəyi - daha çox vəsait ayırması da klubun mənfəətə çıxmasına kömək etməyib. 

Hesabata əsasən, ötən il "Neftçi"nin cəmi əməliyyat gəliləri 20 milyon 250 min manat olub ki, onun da 3 milyon 384 sponsor və reklamlardan gələn gəlirlərin, 99 min manatı bilet satışının, 22 milyon 456 min manatı sair gəlirlərin, 2 milyon 310 min manatı isə Futbolun İnkişafı Fondundan daxilolmaların hesabına formalaşıb.

İllik müqayisədə cəmi əməliyyat gəliləri 8 milyon 209 min manat (41%) artıb, sponsor və reklamlardan gələn gəlirlər 13 milyon 440 min manat (5 dəfə),  bilet satışından gəlirlər 32 min manat (24%) azalıb,  sair gəlirlər 21 milyon 935 min manat (43,1 dəfə) azalıb,  Futbolun İnkişafı Fondundan daxilolmalar 255 min manat  (9,9%) artıb.

Chosen
0
fed.az

1Sources