EN

Putin Trampı məyus etdi: Onunla danışmaq çox çətindir

BAKI, 10 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqların çətin olduğunu bildirərək, bundan məyus olduğunu söyləyib.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Prezidenti Putinlə danışıqların çox çətin olduğunu və onun hər şeyə (bütün Ukraynaya – red.) sahib olmaq istədiyini bildirib.

Məlumat Trampın əvvəllər Moskva ilə Kiyev arasında razılaşmanın əldə ediləcəyinə dair bir neçə dəfə eyham vurmasından sonra yayılıb.

Chosen
0
teleqraf.com

1Sources