EN

Çin Pakistan və Hindistana çağırış etdi

BAKI, 10 may. TELEQRAF

Çin Hindistan və Pakistanı gərginliyin qarşısını almağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Həm Hindistan, həm də Pakistanı sülh və sabitliyə üstünlük verməyə, sakit və təmkinli olmağa, dinc vasitələrlə siyasi həll yoluna qayıtmağa və gərginliyi daha da artıracaq addımlar atmaqdan çəkinməyə çağırırıq”, - Çinin xarici siyasət qurumu qeyd edib.

Xatırladaq ki, Pakistan Silahlı Qüvvələri bu gün səhər saatlarında Hindistanın mayın 8-də ölkə ərazisinə hava zərbələrinə cavab olaraq hərbi əməliyyatlara başlayıb. Hava hücumları zamanı Hindistanın çoxlu sayda hərbi obektləri məhv edilib.

Chosen
0
teleqraf.com

1Sources