EN

"Ukrayna münaqişəsinə görə yuxusuzluq yaşayıram" -Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoymaq səylərindən məyus olduğunu bildirib. “The Wall Street Journal” mənbələrə istinadən xəbər verir ki, bu barədə o, Florida ştatında sponsorlarla görüşdə bildirib.


Nəşrin məlumatına görə, Tramp böhranın həlli üçün apardığı çabaların ona yuxusuzluq verdiyini etiraf edib. Donorlardan birinin sualını cavablandıran Tramp qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda çətinliklər onun total nəzarət istəyi ilə bağlıdır. Eyni zamanda, ABŞ prezidenti Qəzza zolağında münaqişənin həllində çətinliklərə də diqqət çəkərək, bu bölgənin min illərdir müharibə şəraitində olduğunu vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə isə ABŞ prezidenti Donald Tramp diqqət çəkən fikirlər səsləndirmişdi. “Sky News” telekanalının məlumatına görə, siyasətçi Ukrayna prezidenti Volodimir Zelenskinin Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan sülh sazişi bağlamağa hazır olduğunu deyib.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural

Chosen
0
news365.az

1Sources