FIFA irqçiliklə mübarizəyə dair yeni, daha sərt qaydalar tətbiq edib.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
yeni qaydalara əsasən, maksimal cərimə məbləği 5 milyon avronu keçə bilər. İrqçi təhqirlərə görə azarkeşlər stadiondan uzaqlaşdırıla biləcək.
Bundan əlavə, bütün turnirlərdə irqçilik və diskriminasiya hallarında tətbiq olunacaq xüsusi anti-diskriminasiya prosedurları məcburi olacaq.
Bu dəyişikliklər FIFA-nın irqçiliklə mübarizəyə daha qətiyyətli yanaşmasını və futbolda bərabərliyi təmin etmək məqsədini əks etdirir.
“Liverpul”un üzvü ayın ən yaxşısı seçildi
Premyer Liqada mövsümün oyunçusu məlum oldu
"Bayer" Xabi ilə vidalaşdı - Rəsmi
Türkiyə - İspaniya matçının keçiriləcəyi stadion açıqlanıb
"Milan" futbolçularından analarına jest