EN

ABŞ-ın Kiyevdəki səfirliyindən kütləvi hava hücumu barədə XƏBƏRDARLIQ

ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı ABŞ vətəndaşlarına kütləvi hücum təhlükəsi barədə təcili xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, diplomatik nümayəndəliyin yaydığı məlumata görə, yaxın günlərdə hər an baş verə biləcək ciddi hava hücumu təhlükəsi var.

“Biz tövsiyə edirik ki, ABŞ vətəndaşları hava hücumu xəbərdarlığı eşidilsə, dərhal sığınacaq tapsınlar. Təhlükəsiz binalara və lazımi rabitə vasitələrinə çıxışınız olduğundan əmin olun", - səfirlik vurğulayıb.

Potensial hücumun dəqiq vaxtı və hədəfləri açıqlanmayıb.

Qeyd edək ki, mayın 8-də Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd olunması ilə əlaqədar Ukraynada üç günlük atəşkəs təşəbbüsünün qüvvəyə mindiyini açıqlayıb. Atəşkəs mayın 8-də Moskva vaxtı ilə saat 00:00-da tətbiq edilib və mayın 11-i Moskva vaxtı ilə saat 00:00-a qədər davam edəcək.

Chosen
0
publika.az

1Sources