EN

Macarıstanla Ukrayna arasında diplomatik qalmaqal

Ukrayna və Macarıstan arasında daha diplomatik qalmaqal yaşanır.

“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Macarıstan Ukraynanın Budapeştdəki səfirliyində işləyən iki ukraynalı casusu ölkədən çıxarır. Bu gün biz Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki casusu Macarıstandan çıxartdıq”, - deyə Macarıstanın xarici işlər naziri Peter Siyarto feysbuk hesabındakı videomüraciətində  bildirib.

Buna cavab olaraq da Ukrayna da iki macar diplomatı ölkədən qovur.

“Onlar 48 saat ərzində ölkəmizi tərk etməlidirlər”, - Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib.

Bundan əlavə, Ukrayna XİN Macarıstan səfirini çağırıb və ona nota təqdim edib.

 

Chosen
0
2
qafqazinfo.az

3Sources