Lerik rayonunun Sivəkəram kəndi ərazisində dərəyə yıxılan şəxsin vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Mayın 9-u saat 16:30-da 1963-cü il təvəllüdlü 1 nəfər (qadın cinsli) aşıq-baldır oynağının gərilməsi və küt travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Xəsarət alana zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.
Bizim.Media