EN

Hindistan informasiya müharibəsinə keçir: Qərb mediası ilə əlaqə yasaqlandı

Hindistan hökuməti dövlət qurumlarına və vəzifəli şəxslərə Qərb informasiya agentlikləri ilə əməkdaşlıq etməməyi tapşırıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, bu qərar ölkədə media sahəsində fövqəladə rejimə keçid prosesi ilə paralel həyata keçirilir. Rəsmi Dehli eyni zamanda sosial media platforması X (keçmiş Twitter) ilə də gərginlik yaşayır. Belə ki, hökumət 8000-dən artıq hesabın bloklanması və ya məhdudlaşdırılması üçün xəbərdarlıq edib.

Bu addımlar Hindistan-Pakistan sərhədindəki hərbi gərginliyin fonunda informasiya axınına ciddi nəzarət məqsədi daşıyır və ölkənin informasiya məkanında “hərbi rejimə keçid” kimi qiymətləndirilir.

Mediada filtrasiya və milli təhlükəsizlik məsələləri fonunda Hindistanın bu strategiyası beynəlxalq media dairələrində də ciddi müzakirələrə səbəb olub.

Natiq Səlim,
KONKRET.az

Chosen
0
konkret.az

1Sources