İctimai nəqliyyatda QR kodla ödənişlərdə problem yaranıb.
Xezerxeber.az xəbər verir ki, bu gün səhər saatlarında sərnişinlər Bakı metropolitenində və avtobuslarda onlayn ödənişlərdə çətinlik yaşayıblar. Onlar bildirirlər ki, təxminən 1 saatdan artıq QR kodlar vasitəsilə ödəniş etmək mümkün olmayıb. QR-ın yaradılması üçün tələb edilən vəsait hesabdan çıxılsa da, bilet aktivləşməyib.
Vətəndaşlar bildirirlər ki, mütəmadi olaraq mobil tətbiqlərdəki QR ödənişlərlə bağlı problemlər yaşanır.
İKT ekspertləri deyirlər ki, onlayn ödənişlərdə problem bir neçə səbəbdən yarana bilər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, bu gün saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində gediş haqqının QR biletlə ödənilməsində çətinlik yaşanıb. Səbəb QR generasiyasında texniki problemin yaranmasıdır. Hazırda problem aradan qaldırılıb və sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR bilet yaratmaqla həyata keçirə bilirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.