Ağdaşda hərəkətdə olan iritutumlu yük maşını aşıb, 2 nəfər xəsarət alıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan yük maşınının sürücüsü idarəetməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu