AZ

Ağdaşda yük maşını aşdı, xəsarət alanlar var - FOTO

Ağdaşda hərəkətdə olan iritutumlu yük maşını aşıb, 2 nəfər xəsarət alıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan yük maşınının sürücüsü idarəetməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Hazırda fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

Seçilən
0
bizim.media

1Mənbələr