EN

Birinci Liqa: “Karvan” “Zaqatala”ya 3 cavabsız qolla uduzdu

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Mingəçevir” – “İmişli” oyununda qapılara qol vurulmayıb. “Qaradağ Lökbatan” MOİK-lə ev oyununda tək qolla uduzub. “Zaqatala” isə evdə “Karvan”a 3 cavabsız qolla qalib gəlib.

Birinci Liqa
25-ci tur

8 may

“Qəbələ” – “Cəbrayıl” 3:1
Qollar: Samir İbrahimov, 39-öz qapısına. Ürfan İsmayılov, 61. Domi Massumo, 80 – Taleh Qarayev, 78.
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu. 17:00.

“Baku Sportinq” – “Difai” 1:2
Qollar: Elşən Abdullayev, 69 – Arzu Atakişiyev, 86. Xəyyam Məmmədli, 90+1.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu. 17:00.

9 may

“Qaradağ Lökbatan” – MOİK 0:1
Qol: Sabir Allahquliyev, 60.
Hakimlər: Rauf Cabbarov, Orxan İbişov, Sənan Atayev, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu. 17:00.

“Zaqatala” – “Karvan” 3:0
Qollar: Jan Pol Assumu, 60. Cəlal Cəbrayılov, 65. Cavad Qurbanlı, 90.
Hakimlər: Murad Səlimov, Elman Kərimov, Elmin Süleymanov, İslam Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 17:00.

“Mingəçevir” – “İmişli” 0:0
Hakimlər: Nicat İsmayıllı, Mirnihad Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança). 17:00.

Chosen
0
2
arena.az

9Sources