Bu gün Azərbaycan 1-ci liqasında 25-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, 2-ci - sonuncu oyun gününə 3 matç nəzərdə tutulub.
"Qaradağ Lökbatan" MOİK-lə qarşılaşıb. "Karvan" "Zaqatala" ilə üz-üzə gəlib. "İmişli" isə "Mingəçevir"in qonağı olub.
Xatırladaq ki, 1-ci liqada "Qəbələ" çempionluğu, "İmişli" və "Karvan" növbəti mövsüm üçün Misli Premyer Liqasına vəsiqəni təmin ediblər.
9 may (cümə)
17:00. “Qaradağ Lökbatan” – MOİK - 0:1
Qol: S.Allahquliyev, 60
Hakimlər: Rauf Cabarov, Orxan İbişov, Sənan Atayev, Emin Əliyev
Lökbatan OİK stadionu
17:00. “Zaqatala” – “Karvan” - 3:0
Qollar: J.Assumu, 60, C.Cəbrayılov, 64, C.Qurbanlı, 90
Hakimlər: Murad Səlimov, Elman Kərimov, Elmin Süleymanov, İslam Məmmədov
Zaqatala OİK stadionu
17:00. “Mingəçevir” – “İmişli” - 0:0
Hakimlər: Nicat İsmayıllı, Mirnihad Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
8 may (cümə axşamı)
“Qəbələ” – “Cəbrayıl” - 3:1
“Bakı Sportinq” – “Difai” - 1:2