EN

PSJ yeddi əsas oyunçusunu istirahətə göndərdi

Məlum olduğu kimi, Fransa nəhəngi PSJ “Arsenal”ı ələyərək (1:0, 2:1) cari mövsümün UEFA Çempionlar Liqasının finalına yüksəlib.

Arena.az klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, Paris komandasının məşqçilər qərargahı, “topçular”la evdə keçirilmiş cavab oyunundan (2:1) sonra əsas heyətin yeddi oyunçusunu qısamüddətli istirahətə göndərib.

Bildirilir ki, əsas qapıçı Canluici Donnarumma, müdafiəçilər Əşrəf Hakimi, Markinyos, Nuno Mendes, Vilyan Paço, həmçinin yarımmüdafiəçilər Fabian Ruis və Vitinya bir neçə gün dincələcəklər.
Adları sadalanan futbolçular “Arsenal”la cavab oyununda iştirak ediblər. Onlar məşqlərə mayın 14-də qayıdacaqlar.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının finalına yüksəlmiş PSJ həlledici oyunda İtaliya nəhəngi “İnter”ə rəqib olub. Çempionlar Liqasının cari mövsümünün finalı mayın 31-də Münhenin “Alyans Arena” stadionunda baş tutacaq.

Chosen
0
arena.az

1Sources