EN

İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib

İran ABŞ ilə əvvəllər təxirə salınmış nüvə danışıqlarının dördüncü raundunu Omanda keçirməyə razılaşıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, bu məlumatı İranın danışıqlar qrupunun üzvü təsdiqləyib.

Bundan əvvəl bildirilmişdi ki, İran və ABŞ nümayəndə heyətləri arasında Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həllinə həsr olunmuş danışıqların dördüncü raundu mayın 11-də Omanın paytaxtı Maskatda baş tutacaq.

Chosen
0
50
nocomment.az

10Sources