Qazaxda yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Qazax rayonunun Ağköynək kəndində baş verib.
"Opel" markalı avtomobilin "Xəzər azsamand" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar 1971- ci il təvəllüdlü Ərifə Əfəndiyeva və 1991-ci il təvəllüdlü İsrafil Rzayev müxtəlif bədən xəsarətləri alıblar.
Hər ikisi Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.