Bərdədə yeniyetmə çayda boğulub.
APA xəbər verir ki, Ağdam rayon sakini 15 yaşlı Əli Fərəcov Tərtər çayda boğulub.
Onun Ağdamdan Bərdəyə toy mərasiminə getdiyi deyilir. Hadisənin baş vermə səbəbləri yerli hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, toy mərasimi keçirilən şadlıq sarayı hadisə baş verən çayın sahilində yerləşir.