EN

“İnter” – “Barselona” matçının hakimi sükutu pozdu: Sadəcə gülməlidir

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "İnter" və "Barselona" arasında keçirilən cavab oyununun baş hakimi Şimon Marçinyak ona ünvanlanan tənqidlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, o, xüsusilə, "İnter"in hücumçusu Lautaro Martinesə verilən penalti və Açerbinin vurduğu qolu mübahisəli hesab edənlərə cavab verib:

“Bu şərhlər sadəcə gülməlidir. Bu cəfəng fikirlər haqqında nə deyə bilərəm? Mən heç kimi təhqir etmədim, "İnter"in üçüncü qolu isə tamamilə qaydalara uyğun idi. "Barselona" şikayət edəcək? Mən hər şeyə hazıram”.

Qeyd edək ki, finalda "İnter" PSJ ilə qarşılaşacaq.

Chosen
0
publika.az

1Sources