Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində ümumi sahəsi 3200 m² (hər mərtəbəsi 1600 m²) olan fəaliyyət göstərməyən ikimərtəbəli məktəb binasının dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.
Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.