AZ

Tərtərdə məktəbdə yanğın oldu

Tərtər rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində ümumi sahəsi 3200 m² (hər mərtəbəsi 1600 m²) olan fəaliyyət göstərməyən ikimərtəbəli məktəb binasının dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Seçilən
0
1
sherg.az

2Mənbələr