EN

İrəvandan Zəngəzur açıqlaması: Dəhliz əvəzinə, sadələşdirilmiş prosedurla yol təklif edirik

BAKI, 9 may. TELEQRAF

Ermənistan sülh gündəminə sadiqdir və bu istiqamətdə hərəkət edir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

Nazir müavini jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualına belə cavab verib:

“Ermənistan dəhlizlə bağlı heç bir məsələni müzakirə aparmır və bu məsələdə mövqeyi dəyişməyib. Dəhliz gündəmini istisna edirəm".

Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı arasında quru əlaqəsinin sadələşdirilmiş prosedurla təmin edilməsi ilə bağlı İrəvanın Bakıya təklifinə gəlincə, Mnatsakanyan belə bir təklifin olduğunu təsdiqləyib:

“Bununla bağlı mövqelər olub, kommunikasiyaların açılması ilə bağlı mövqeyimiz açıq şəkildə ifadə edilib”.

Chosen
0
teleqraf.com

1Sources