Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
Arena.az xəbər verir ki, yarışa 3 cüdoçu ilə yollanmış Azərbaycan millisi yarışı medalsız başa vurub.
Belə ki, ilk gündə tatamiyə çıxan idmançılarımızın hamısı məğlubiyyətə üzülüb.
“Böyük dəbilqə”
48 kq
Könül Əliyeva 1/16 finalda Kyonxa Liyə (Cənubi Koreya) qalib gəlsə də, ardınca Sabina Giliazovaya (İJF) uduzub.
52 kq
Gültac Məmmədəliyeva 1/16 finalda Lea Bereslə (Fransa) bacarmayıb.
57 kq
Fidan Əlizadənin 1/16 finalda Medine Orazniyazovaya (Türkmənistan) qalib gəlib. O, 1/8 finalda Momo Tamaoki (Yaponiya) ilə qarşılaşıb və rəqib mərhələ adlayıb.
Qeyd edək ki, üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edir.