AZ

Cüdoçularımız yarışla erkən vidalaşdı - "Böyük Dəbilqə"

Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

"Football-plus.az" xəbər verir ki, yarışa 3 cüdoçu ilə yollanan millimiz yarışı medalsız başa vurub. İlk gündə tatamiyə çıxan idmançılarımızın hamısı məğlubiyyətə üzülüb.

48 kq
Könül Əliyeva 1/16 finalda Kyonxa Liyə (Cənubi Koreya) qalib gəlsə də, ardınca Sabina Giliazovaya (İJF) uduzub.

52 kq
Gültac Məmmədəliyeva 1/16 finalda Lea Bereslə (Fransa) bacarmayıb.

57 kq
Fidan Əlizadənin 1/16 finalda Medine Orazniyazovaya (Türkmənistan) qalib gəlib. O, 1/8 finalda Momo Tamaoki (Yaponiya) ilə qarşılaşıb və rəqib mərhələ adlayıb.

Seçilən
0
1
football-plus.az

2Mənbələr