Gəncə şəhərində "BMW" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Yanğın nəticəsində yaxınlıqdakı ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, 1 ədəd televizor və 1 ədəd kondisioner yanıb.
Evin qalan hissəsi və avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.