EN

Luis Enrike İngiltərə nəhənglərini ələ saldı

Futbol üzrə Fransa çempionu PSJ-nin ispaniyalı baş məşqçisi Luis Enrike İngiltərə Premyer Liqasının nəhənglərini ələ salıb.

Arena.az xatırladır ki, Paris klubu UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün finalına vəsiqə qazanıb.

PSJ-nin baş məşqçisi Luis Enrike isə Fransa nəhənginin, yarışda iştirak etmiş İngiltərə klublarının dördünü də yolüstü sıradan çıxarması ilə bağlı sualı gülərək baməzə surətdə cavablayıb:

“İngiltərə Premyer Liqasının bütün dörd iştirakçısını məğlub etməyimiz? Nə deyim… Fermerlər Liqasını, başa düşürsünüzmü? Biz axı fermerlər liqasıyıq”, – nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, PSJ mötəbər yarışda İngiltərə klublarını zəlil etməyə, yarışın Liqa mərhələsinin 7-ci turundan başlayıb. Növbəti mərhələyə adlamaq baxımından əhəmiyyətli olan, “Mançester Siti” ilə 7-ci tur ev oyununda PSJ 0:2 hesabından geri-dönüş edərək, 4:2 hesablı qələbə qazanıb. Ardında PSJ-nin qəzəbinə 1/8 finalda “Liverpul” keçib (evdə 0:1; səfərdə 1:0, penaltilərlə 4:1). 1/4 finalda Paris klubu “Aston Villa”nı yarışdan kənarlaşdırıb (evdə 3:1; səfərdə 2:3). Yarımfinalda isə PSJ hər iki oyunda “Arsenal”ın məğlub edərək (səfərdə 1:0; evdə 2:1) finala yüksəlib.

PSJ həlledici oyunda İtaliya nəhəngi “İnter”ə rəqib olub. Çempionlar Liqasının cari mövsümünün “İnter” – PSJ finalı mayın 31-də Münhenin “Alyans Arena” stadionunda baş tutacaq.

Chosen
0
arena.az

1Sources