M10 elektron pulqabısı ilə ödənişdə problem yaranıb.
Missiya.Az Modern.az-a istinadən bildirir ki, səhər saatlarında tətbiqdə ictimai nəqliyyatda ödəniş etmək üçün QR-kod yaratmaq mümkün olmayıb.
Tətbiqdə ödəniş etmək istəyərkən "Xəta baş verdi" mesajı görünüb.
Problemin nədən qaynaqlandığı məlum deyil.