Futbol üzrə Misli Premyer Liqasında XXXIV tura bu gün start veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, günün yeganə oyununda "Sabah" "Şamaxı"nı qəbul edəcək.
“Bank Respublika Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq. Paytaxt klubu 41 xalla beşinci, bölgə təmsilçisi 36 xalla yeddinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
IV dövrə, XXXIV tur
9 may
19:00. “Sabah” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Bank Respublika Arena”
Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.