Bakı. Trend:
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarıkeçirilib.
Trend-inməlumatına görə, yarımfinal mərhələsinin cavab oyunlarında “BudyoQlimt” Norveçdə İngiltərənin “Tottenhem” komandasına 0:2 hesabı iləuduzub. “Dumanlı Albion”un digər təmsilçisi “Mançester Yunayted”isə evdə İspaniya “Atletik”ini 4:1 hesabı ilə məğlub edib.
İlk görüşdə “Tottenhem” 3:1, “Mançester Yunayted” isə 3:0 hesabıilə qalib gəldiyi üçün finala vəsiqə qazanıb.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
8 may
23:00. “Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə) -0:2
İlk oyun - 1:3.
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya) -4:1
İlk oyun - 3:0.
Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması mayın 21-dəİspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionundakeçiriləcək.