ABŞ Hindistan və Pakistanı münaqişənin gərginliyini azaltmağa sövq etməyə hazırdır, lakin ölkələr arasında müharibəyə müdaxilə etmək niyyətində deyil. Ğ
APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Jeyms Devid Vens deyib.
"Biz onları gərginliyi azaltmaq üçün bir az hərəkətə gətirməyə çalışa bilərik. Amma əslində bizə aid olmayan müharibəyə cəlb olunmayacağıq", - o bildirib.