EN

Avropa Liqası: İspaniyada İngiltərə finalı olacaq

BAKI. 9 may. TELEQRAF

UEFA Avropa Liqasında 2024/2025 mövsümünün finalçıları müəyyənləşib.

Teleqraf xəbər verir ki, mayın 21-də İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda keçiriləcək həlledici oyunda İngiltərənin "Tottenhem" və "Mançester Yunayted" komandaları üz-üzə gələcək.

"Tottenhem" öz meydanında 3:1 hesabı ilə qalib gəldiyi "Budö Qlimt"i Norveçdə də məğlub etməyi bacarıb - 2:0.

"Mançester Yunayted" isə ötən həftə elə "San Mames"də 3:0 hesabı ilə yendiyi "Atletik"i "Old Trafford"da da darmadağın edib - 4:1. Nəticədə iki oyunun yekununda finala yüksələn "qırmızı şeytanlar" avrokubokdakı ardıcıl ikinci oyununu da bu arenada keçiriləcək.

Avropa Liqası
Yarımfinal, cavab oyunu
8 may

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Atletik Bilbao” (İspaniya) - 4:1
Qollar:
Meyson Maunt, 72; 90+1. Kazemiro, 80. Rasmus Höylunn, 85 - Mikel Xauregisar, 31
İlk oyun: 3:0

23:00. “Budö Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) - 0:2
Qollar:
Dominik Solanke, 63. Pedro Porro, 69
İlk oyun: 1:3.

Chosen
0
teleqraf.com

1Sources