EN

“Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılır

Azərbaycan Premyer Liqasının 34-cü turunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

Mayın 11-də keçiriləcək və saat 20:00-da başlayacaq oyun zamanı qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

saytlarin hazirlanmasi

Chosen
0
8
sportal.az

10Sources