BAKI, 9 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinlə 100 yaşlı İkinci Dünya müharibəsi veteranı arasında maraqlı dialoq olub.
Teleqraf xəbər verir ki, mayın 8-də faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş tədbirdə Putin bir qrup müharibə veteranı ilə Kremldə görüş keçirib.
Serjant Sadıkov adlı veteran çıxış edərək Ukrayna cəbhəsində döyüşmək istədiyini deyib.
Sadıkovun çıxışı həm iştirakçılar tərəfindən, həm də sosial şəbəkədə maraqla qarşılanıb.