EN

Qazaxda AĞIR QƏZA - 4 nəfər xəsarət aldı

Qazaxda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində olub.

Belə ki, 1953-cü il təvəllüdlü Müqabil Sadıqov idarə etdiyi “VAZ 21099” markalı avtomobili aşırıb.

Nəticədə özü, həyat yoldaşı 1961-ci il təvəllüdlü Zərövşan Sadıqova, həmçinin maşında olan 1955-ci il təvəllüdlü Safura Priverdiyeva və Zemfira adlı qadın müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Bizim.Media

Chosen
0
7
bizim.media

8Sources