Ağsuda iki nəfər zəhərlənib.
Azreform.info Lent.az-a istinadən xəbər verir ki, Ağsunun Daşdəmirbəyli kənd sakinləri - 36 yaşlı Nizami Bağırov və 39 yaşlı Rza Babaşov zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
İlkin ehtimala görə, onlar pomidordan zəhərləniblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.