AFFA tərəfindən təşkil olunmuş Region Liqasında 2025-ci il mövsümünün 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Arena.az xəbər verir ki, qeydə alınmış nəticələrdən sonra yarımfinalın cütləri müəyyənləşib.
1/4 final mərhələsinin cavab oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Naftalan” – “Ağstafa Gəncləri” – 0:0 (ilk oyun 0:1)
“Record Club” – “Göyəzən” – 2:1 (ilk oyun 2:4)
Qollar: Rahid Ağazadə, 43-pen. Toğrul İsmayılzadə, 71 – Ülvi Mahmudov, 6.
“Xankəndi” – “Çinar Zəngilan” – 3:0 (ilk oyun 2:0)
Qollar: Hüseyn Mənəfli, 12. Pərviz Qaraxanov, 28. Elariz Xəlilli, 36.
“Marafon” – “Şirvan” – 2:0 (ilk oyun 2:5)
Qollar: Ramil Zahidov, 49. Vüqar Əşrəfli, 67-pen.
Bombardirlər: Cavid Nəcizadə (“Şirvan” OİK) – 20. Nurlan Dadaşov (“Dirçəliş”) – 19. Vüqar Əşrəfli (“Marafon”) – 18 qol.
Beləliklə, Region Liqasında yarımfinal mərhələsinin cütləri belə formalaşıb:
“Göyəzən” – “Şirvan”
“Xankəndi” – “Ağstafa Gəncləri”
Yarımfinal mərhələsinin ilk oyunları 13-14 mayda keçiriləcək. Cavab görüşləri isə 17-18 may tarixlərində baş tutacaq.