Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Moskvada Venesueladan olan həmkarı Nikolas Maduro ilə görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Tokayev Venesuelanı mühüm tərəfdaş kimi gördüyünü vurğulayıb.
Eyni zamanda o, obyektiv səbəblərə görə bu günə qədər ikitərəfli əməkdaşlıqda əhəmiyyətli nailiyyətlərin əldə olunmadığını qeyd edib.
Tokayev Maduronu qarşılıqlı É™laqÉ™lÉ™rin möhkÉ™mlÉ™ndirilmÉ™si perspektivlÉ™rinin müzakirÉ™si üçün Qazaxıstana rÉ™smi sÉ™fÉ™rÉ™ dÉ™vÉ™t edib.Â
Məlumata görə, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirəsi zamanı xüsusilə energetika sahəsinə diqqət yetirilib.
Görüşün yekununda iki ölkə arasında konkret inkişaf nöqtələrinin müəyyənləşdirilməsi məqsədilə prioritet ixrac məhsullarının siyahılarının hazırlanması və mübadiləsi barədə razılıq əldə olunub.