EN

"Dostluğumuz odla bərkiyib, qanla möhürlənib" - Si Cinpin

Çin və Rusiya İkinci Dünya Müharibəsi illərində faşizm üzərində qələbəyə həlledici töhfə verdilər.

"Unikal" xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Kremldə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə danışıqların yekunu üzrə bildirib.

“Çin və Rusiya İkinci Dünya Müharibəsində əsas müharibə cəbhələri kimi faşizm üzərində qələbəyə həlledici töhfələr veriblər”, - Çin lideri bildirib.

Si Cinpin vurğulayıb ki, bu, müharibədən sonrakı sülh quruculuğu üçün təməl daşı olub. Çin prezidentinin sözlərinə görə, Pekin və Moskva beynəlxalq aləmdə sabitləşdirici və mütərəqqi amil kimi çıxış ediblər.

Digər məsələlərlə yanaşı, Çin lideri Rusiya və Çin xalqları arasındakı böyük dostluğun “odla bərkidiyini və qanla möhürləndiyini” və faşizmə qarşı birgə mübarizənin iki ölkə arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin yaratmağa imkan verdiyini qeyd edib.

Chosen
0
6
unikal.az

10Sources