EN

“Şaxtyor” 1997-ci ildə əsası qoyulan seriyanı davam etdirdi - İCMAL

Ukrayna futbolunun nəhəngləri hesabat turunda inamlı qələbə qazandı.

"Football-plus.az" xəbər verir ki, autsayder “İnqulets”in qonağı olan “Dinamo” rəqibə qətiyyən rəhm etmədi.

“İnqulets”in darmadağının əsası 38-ci dəqiqədə - Dixtyaruk topu öz qapısına göndərəndə qoyuldu. Meydan sahibləri avtovoqolun şokundan ayılmamış Şaparenko 2-ci dəfə onları məyus etdi. Fasilədən sonra isə meydanda yalnız bir komanda ver idi. Kiyevlilər daha iki qol vurmaqla yanaşı, çoxlu imkanı boşa verdi. Vanat ardıcıl 4-cü oyunda fərqləndi. Bir sözlə, “İnqlulets” “Dinamo” üçün rəqib deyil.

Elə “Çernomorets” də “Şaxtyor” üçün. Elitadan gedəcəyi şübhə doğurmayan “dənizçilər” donetsklilərin təzyiqinə 55 dəqiqə dözdü. Start heyətində meydana çıxan Emil Mustafayev 76-cı dəqiqədə əvəzləndi. “Şaxtyor” bu qələbə sayəsində 1997-ci ildə əsası qoyulan unikal seriyanı davam etdirdi. Donetsk klubu həmin vaxtdan bəri daim ilk “3-lük”də yer alır. Ümumiyyətlə, cari mövsümün bütün mükafatçıları bəllidi. Söhbət yalnız sonda “Dinamo”, “Şaxtyor” və “Aleksandriya”nın hansı pillədə qərarlaşacağından gedir.

Yeri gəlmişkən, “Aleksandriya” turun mərkəzi oyununda “Polesye”ni səfərdə məğlub etdi. “Levıy bereq”ə qalib gələn “Karpatı” Konfrans Liqasına vəsiqəyə göz dikib.

“Obolon” 12 sarı və 2 qırmızı vərəqənin göstərildiyi oyunda “Veres”ə qalib gəldi. LNZ – “Zarya”, “Rux” – “Krivbass”, “Kolos” – “Vorskla” oyunları heç-heçə bitdi. Maraqlıdı ki, “Kolos” səfərdə asanlıqla qələbə qazandığı halda, evdə artıq 10 oyundu üç xala həsrətdi.

27-ci tur
İnqulets – Dinamo 0:4

Dixtyaruk, 38-öz qapısına. Şaparenko, 40. Mixaylenko, 55.Vanat, 57.
Dinamo: Neşeret, Belovar, Dubinçak, Popov (Dyaçuk, 71), Tımçik, Buyalski (Rubçinski, 84), Voloşin, Mixaylenko (Pixalenok, 62), Vanat, Kabayev (Braqaru, 62), Şaparenko (Brajko, 62).

Çernomorets – Şaxtyor 0:3
Bondarenko, 55. Neverton, 71; 75.
Şaxtyor: Fesyun, Azarov (Pedro Enrike, 70), Bondar, Vinisius, Qram, Bondarenko, Krıskiv, Pedrinyo (Santana, 76), Qomes (Nazarina, 76), Neverton (Şved, 77), Elias (Eginaldo, 70).

Polesye – Aleksandriya 1:2
Batista, 45 – Kalyujnı, 32. Sara, 78.

Levıy bereq – Karpatı 2:3
Sinitsa, 33. Baboqlo, 72-öz qapısına – Çaçua, 31; 58. Yakimov, 63-öz qapısına.

Veres – Obolon 0:2
Taranuxa, 27. İlyin, 42.

LNZ – Zarya 1:1
Vantux, 47-öz qapısına – Budkovski, 61.

Rux – Krivbass 0:0

Kolos – Vorskla 0:0


1. Dinamo 27 20 7 0 59-17 67
2. Aleksandriya 27 19 6 2 42-19 63
3. Şaxtyor 27 17 6 4 64-24 57
4. Polesye 27 11 10 6 36-27 43
5. Karpatı 27 12 7 8 38-30 43
6. Krivbass 26 11 7 8 28-24 40
7. Zarya 27 11 3 13 31-37 36
8. Veres 27 9 8 10 31-38 35
9. Rux 27 8 10 9 27-25 34
10. Kolos 27 6 11 10 23-23 29
11. Obolon 27 7 7 13 18-42 28
12. LNZ 27 7 7 13 24-36 28
13. Vorskla 27 6 7 14 22-35 25
14. Levıy bereq 26 6 5 15 16-32 23
15. İnqulets 27 4 8 15 17-41 20
15. Çernomorets 27 5 3 19 17-43 18

Bombardirlər: Vanat (Dinamo) – 17, Sudakov (Şaxtyor), Qutsulyak (Polesye), Tverdoxleb (Krivbass) - 11.

Növbəti turun oyunları mayın 9-12-si aralığında keçiriləcək: Zarya – Şaxtyor, Polesye – Dinamo, Vorskla – Çernomorets, Obolon – LNZ, Rux – Veres, Krivbass – Kolos, Karpatı – Aleksandriya, İnqulets – Levıy bereq.

1Sources