EN

Peruda 5,5 maqnitudalı zəlzələ olub

Peruda Ekvadorla sərhədə yaxın 5,5 maqnitudalı zəlzələ qeydə alınıb...

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Mərkəzin məlumatına görə, zəlzələnin episentri Tumbes şəhərindən 23 km cənub-qərbdə, ocağı isə 45 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Poliqon.info

Chosen
0
6
poliqon.info

7Sources