EN

AFFA "Qəbələ", "İmişli" və "Karvan"ın Premyer Liqada iştirakına rəsmən icazə verdi

AFFA-nın Lisenziya Komissiyası cari mövsüm I Liqada çempion olan "Qəbələ"nin, uyğun olaraq ikinci, üçüncü pillələrdə yer alan "İmişli" və "Karvan"ın Premyer Liqada iştirakına icazə verib.

Fanat.Az-n məlumatına görə, qərar Lisenziya Komissiyasının bugünkü iclasında qəbul edilib.

Toplantıda 2025/2026r mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakı qərarları qəbul edib:

Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Baku Sportinq”, “Difai”, “İmişli”, “Karvan”, “Kəpəz”, “Qəbələ”, “Səbail”, “Şamaxı".

I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Cəbrayıl”, “Dinamo”, “Hypers Quba”, “Qaradağ Lökbatan”, “Mingəçevir”, MOİK, “Şahdağ Qusar”, “Şəfa”, “Şəmkir”, “Şimal”, “Zaqatala”.

I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Araz Saatlı”, “Füzuli”.

AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Araz-Naxçıvan”, “Baku Juniors”, “Dirçəliş”, “Qəbələ”.

Qeyd edək ki,  Azərbaycan futbol klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 14-cü maddəsinə müvafiq olaraq, 2025/2026 mövsümündə aşağıda göstərilən lisenziyaları alınmış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:

• UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Misli Premyer Liqası və I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

• Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

• UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm AFFA Yüksək Qızlar Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

Chosen
0
23
fanat.az

10Sources