AZ

Bu mövsüm Avrokuboklar üçün lisenziya almış klublar bəlli oldu

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda 2025/2026-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərarları qəbul edib:

1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Araz-Naxçıvan” PFK, “Qarabağ” FK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Turan Tovuz” PFK İB, “Zirə” PFK.

2. UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Neftçi” PFK, “Sumqayıt” FK.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
23
bizim.media

10Mənbələr